Xəbər lenti

Rusiyalı səfirə neçə güllə dəydiyi açıqlandı
Dünya13:38 20.12.2016

Rusiyalı səfirə neçə güllə dəydiyi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Ankarada sui-qəsdə uğrayaraq öldürülən Rusiya səfirinə 9 güllə dəyib.

Qaynarinfo.Az lent.az-a istinadən bildirir ki, Andrey Karlovun cəsədinin ilkin müayinəsinin nəticələri açıqlanıb.

Bildirilib ki, onun cəsədində 9 mərmi olub. Hadisəni törədən polis əməkdaşı Mərt Altıntaş sərgi zalında səfirə doğru 11 dəfə atəş açıb. Lakin 2 güllə səfirə dəyməyib. Karlovun bədənində 11 güllə izinə rastlanıb.

Hadisə nəticəsində sərgidə olan daha 3 nəfər də yaralanıb. Onlardan biri ötən gecə evə buraxılıb, digər iki nəfər isə bir qolundan, biri ayağından yaralandığı üçün hazırda xəstəxanada müalicə alır. 

Qaynarinfo.Az