Vologda vilayətinin Böyük Ustyuqdan olan Şaxta Babası 2019-cu ilin sonunda Yeni il ona ünvanlanan çox yayılmış və qeyri-adi istəkləri dilə gətirib. Şaxta Babadan artıq məlum oyuncaq və texnikadan başqa ən sadə şeylər də xahiş edirlər.
"Hamı texniki avadanlıq istəmir - anaları və ataları, nənə və babaları üçün sağlamlıq da istəyirlər", - RİA Novosti Şaxta Babanın sözlərini çatdırır. - Ən orijinal, yəqin həm də ən sadə tələb budur: "Şaxta babanı görmək, qucaqlamaq istəyirəm”.
Şaxta Baba ona təsir edən uşaq məktubları haqqında da danışıb: bir uşaq məktubunda bacısı üçün bir kukla, babası üçün çəkmə, nənəsi üçünsə alma istəyib - "həm də çoxlu-çoxlu”. Şaxta Baba ona da sevinib ki, böyüklər də bütün çətinliklərə baxmayaraq, ürəklərində Yeni il möcüzələrinə inamlarını qorumağa çalışırlar. Şaxta Baba Yeni il tətillərində tez-tez "zəhmli kişilərin" onun qarşısına çıxması, onunla şəkil çəkdirmək üçün yaxınlıqda kimsənin qalmadığı məqamı gözlədikləri haqda da danışıb.