Xəbər lenti

Rusiyalılara xəbərdarlıq edildi: Türkiyədən bunları almayın...
Dünya13:48 28.08.2020

Rusiyalılara xəbərdarlıq edildi: Türkiyədən bunları almayın...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Evinizə qayıdarkən sərhəddən keçirmək istədiyiniz suvenirlərə və müxtəlif əşyalarla bağlı daha diqqətli olmalısınız.
Qaynarinfo xəbər verir ki, bu xəbərdarlıq Rusiyanın Antalyadakı Baş Konsulluğunun rusiyalı turistlərə müraciətində yer alıb.
Xəbərdarlıqda deyilir ki, xarici vətəndaşların türkiyədən arxeoloji tapıntılar, mozaika və barelyeflər, 100 yaşdan yuxarı antik əşyalar, köhnə ütü və ya açar kimi müxtəlif etnoqrafik əşyaların Türkiyədən çıxarılması qadağandır. Bu şeylərin bir çoxunun Türkiyədə satıla biləcəyi, ancaq cinayət təqibi təhlükəsi ilə ölkədən çıxarıla bilməyəcəyi göstərilib.
Diplomatlar həmvətənlərindən lisenziyalı ixtisaslaşmış mağazalarda satılmayacağı təqdirdə antik əşyalar almaqdan çəkinmələrini istəyib. Bütün qəbzləri və sənədləri saxlamaq da lazımdır.
Nəhayət, ruslardan turistik yerləri gəzərkən heç bir şey "xatirə olaraq" almamaları xahiş edilib.
Alpər