Xəbər lenti

Rusiyalıların 16%-i Ukraynaya nüvə zərbəsini məqbul hesab edir
Dünya05:30 13.07.2023

Rusiyalıların 16%-i Ukraynaya nüvə zərbəsini məqbul hesab edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Field sosioloji şirkətinin sorğusuna əsasən, rusların 74%-i Ukraynadakı hərbi əməliyyatlar zamanı nüvə silahından istifadənin əleyhinə çıxıb, 16%-i isə bu variantı məqbul hesab edib.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, respondentlərə "Sizcə, Ukraynada hərbi əməliyyatda qalib gəlmək üçün nüvə silahından istifadə etmək məqbuldur, yoxsa qəbuledilməzdir” sualı verilib.
"İcazə verilən” variantı seçənlərin 5%-i qeyd edib ki, nüvə zərbəsinə yalnız Rusiya məğlubiyyətlə hədələndiyi halda icazə verilə bilər. Bundan əlavə, sorğu iştirakçılarının 5%-i cavab verməkdə çətinlik çəkib, 4%-i başqa cavablar təklif edib, 1%-i cavab verməkdən imtina edib.
Xüsusi əməliyyat zamanı nüvə silahından istifadəyə razolanlar arasında qadından çox kişi var - 20% - 12%. Daha çox 30-44 yaş arası insanlar nüvə zərbəsi ehtimalı ilə razılaşıblar.
Eyni zamanda, hərbi əməliyyatın davam etdirilməsi və sülh danışıqlarına keçidin tərəfdarı olanların sayı təxminən bərabər olub. Respondentlərin 45%-i hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarı olub (onlardan 57%-i kişilər, 36%-i qadınlardır). Sülh danışıqlarına keçidi tədqiqat iştirakçılarının 44%-i (qadınların 52%-i və kişilərin 34%-i) dəstəkləyir. Burada 10% cavab verməkdə çətinlik çəkib. Qışdan bəri danışıqların tərəfdarlarının payı 4% artıb.
Telefon vasitəsilə aparılan araşdırmada 16-19 iyun tarixlərində 1604 respondent iştirak edib.
Alpər