Hər beş rusiyalıdan dördü Ukraynadakı hərbi əməliyyatlarla bağlı rəy sorğularında iştirakdan imtina edir.
Qaynarinfo xəbər verir ki, bu cür məlumatları "Russian Field” sosioloqları müharibəyə münasibətlə bağlı son tədqiqatlar zamanı əldə
ediblər.
İyunun 16-19-da keçirilən sorğuda imtina edənlərin payı 79,2%, fevralın 6-da isə 76% qeydə alınıb.
2022-ci ilin dekabrında sosioloqlar araşdırmanın mövzusunun onlara bildirmədən ilkin mərhələdə imtina edənləri də nəzərə alıblar. Bu metodika ilə imtina edənlərin sayı 92,8%-ə çatıb.
"İmtina edənlərin təxminən yarısı (49%) neytral sözlərdən, 13%-i xoş sözlərdən istifadə edib, hər dördündən biri kobud şəkildə imtina edib, "Russian Field" yazır. Eyni zamanda, kobud imtinaların yarısında (50%) söyüşlər və ədəbsiz sözlərdən istifadə olunub. İmtina edənlərin ən böyük hissəsi (43%) qərarını heç bir şəkildə izah etməyib.
Ratgers Universitetinin (ABŞ) tədqiqatçı professor Sergey Erofeyev bildirir ki, insanlar sadəcə qorxurlar, onlar telefon xəttinin digər tərəfində kimin olduğunu bilmirlər və həqiqəti söyləməyin təhlükəsiz olduğuna əmin deyillər.
O qeyd edir ki, insanların vəziyyətə psixoloji uyğunlaşmağa çalışması da vacibdir:
"Rusiyalılar müharibəni normallaşdırır, bunu qaçılmaz hesab etməyə başlayırlar ki, bu qismətdir, nə olursa-olsun onsuz da baş verəcək. Onlar üçün müharibədən danışmamaq isə psixoloji müdafiədir”.
Nəticədə, əldə edilən rəqəmlərə ümumiyyətlə etibar etmək olmaz, - Erofeyev hesab edir, amma vacib olan dinamikadır - zamanla göstəricilərin müqayisəsidir.
"Levada Mərkəzi”nin direktoru sosioloq Denis Volkov qeyd edir ki, sorğularda respondentlərin yalnız üçdə biri - dörddə biri həmişə cavab verməyə razıdır - həm Rusiyada, həm də xaricdə, 25% ətrafı qızıl standart hesab olunur.
Ümumiyyətlə, insanların müharibə haqqında hissləri bir göstərici ilə ölçülə bilməz, - Volkov vurğulayır:
"Məsələn, soruşsanız ki, Rusiya ordusunu dəstəkləyirsiniz, insanlar bunu "sən özümüzkülərin tərəfindəsən, yoxsa başqalarının” sualı kimi eşidirlər və 75% lehinə çıxır. Eyni zamanda, onların 50% danışıqların tərəfdarıdır”.
Nizami Bağırov