"Bloomberg" agentliyi daxili proqnozuna istinadən yazır ki, Rusiya Maliyyə Nazirliyi Qərbin sanksiyalarının güclənməsi fonunda ölkə iqtisadiyyatında son 30 ildə ən dərin enişi gözləyir.
Qaynarinfo xəbər verir ki, mənbələrin məlumatına görə, Maliyyə Nazirliyi 2022-ci ildə Rusiyanın ÜDM-nin 12 faiz azalacağına
inanır. Belə olan halda, bu, indeksin 12,6 faiz çökdüyü 1994-cü ildən bəri ən ciddi eniş olacaq.
"Bloomberg" həmsöhbətlərindən biri qeyd edir ki, Maliyyə Nazirliyinin proqnozu özünü doğrultsa, bu, son 10 ildə iqtisadi artımın üzərindən xətt çəkəcək.
Nizami Bağırov