"Bu fakt Rusiyanın olduqca acınacaqlı duruma düşdüyünün, dünya güclərinin onu hesaba almamalarının göstəricisidir və belə vəziyyətə görə Kremlin özü günahkardır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumun qlobal siyasətçilər və iri investorlar üçün cəlbedici olmaması faktını şərh edərkən deyib.
Politoloq bildirib ki, Rusiyanın belə vəziyyətə düşəcəyi əslində gözlənilən idi. "Təcavüzkar müharibə aparan bir ölkə ilə əməkdaşlıq və ticari əlaqələr qurmaq indiki məqamda aparıcı dövlətlərin və iri şirkətlərin marağında deyil. İndiki halda Moskvanın təşkil etdiyi belə tədbirlərdə iştirak onlara xeyir gətirməyəcək. Bu səbəbdən də belə tədbirləri təcrid etməyə üstünlük verirlər. Sözsüz ki, Rusiya üçün belə vəziyyətin yaranmasına görə, günahkar Putindir. Bu hal bir daha təsdiqləyir ki, Putin ölkəsini uçuruma aparır. Rusiya dərin bir bataqlığa düşüb və mövcud siyasət heç bir halda onu bu bataqlıqdan xilas edə bilməyəcək. Nə qədər ki, təcavüzkar siyasət davam edəcək, onu və ölkəsini heç kim ciddi qəbul etməyəcək”, deyə Q.Hüseynli bildirib.
Qeyd edək ki, Rusiyanın ikinci şəhəri Sankt-Peterburqda keçirilən 26-cı Beynəlxalq İqtisadi Forumu çox sönük keçməsilə yadda qalıb. Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Avropa və ABŞ siyasiləri və iri investorları bir yana, hətta Moskvaya yaxınlığı ilə seçilən bir sıra ölkələr belə tədbiri boykot ediblər. Qazaxıstan, Braziliya tədbirə qatılmayıb. Çin və Hindistan kimi ölkələr isə daha aşağı ranqlı nümayəndələrlə təmsil olunublar.
Rüfət Sultan