Xəbər lenti

Rusiyanı tərk edən şirkətlər 103 milyard dollar itki ilə üzləşib - NYT
Dünya08:18 18.12.2023

Rusiyanı tərk edən şirkətlər 103 milyard dollar itki ilə üzləşib - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanı tərk ediklərini açıqlayan Qərb şirkətləri ümumilikdə 103 milyard dollar itki ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb. 
Qəzet həmçinin qeyd edir ki, 2022-ci ildə Rusiya büdcəsinə "dost olmayan” ölkələrdən biznes satışından ən azı 1,25 milyard dollar vergi daxil olub.
NYT iddia edir ki, Rusiya prezidenti Vladimir Putin Qərb şirkətlərinin gedişini sadiq elita üçün faydaya çevirə bilib. Bu, xüsusilə Rusiyada aktivlərin aşağı qiymətə məcburi satışı və bu aktivlərin alıcılarının seçiminə Putinin nəzarəti hesabına əldə edilib.
Nümunə olaraq NYT Niderlandın "Heineken” pivə şirkətinin Rusiya aktivlərinin satışına Rusiya hakimiyyətinin müdaxilə etdiyini göstərir. Danışıqlara yaxın mənbələrin məlumatına görə, Rusiya hakimiyyəti "Heineken”in satışını pozub və pivə şirkətinin aktivlərini "Arnest” parfümeriya şirkətinə verib. 
Nizami Bağırov