Xəbər lenti

Dünya 00:15 14.04.2024

Rusiyanın adamı: "Belə bir Ukrayna ola bilməz və olmamalıdır"

Ukraynanın dağılması hazırkı münaqişə nəticəsində çox ehtimal olunan bir son ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikri "RİA Novosti"yə müsahibəsində Xerson vilayətinin "qubernatoru" Vladimir Saldo bildirib .

Rəsmiyə görə, Ukrayna indiki formada təbii olaraq Rusiya ilə müharibəyə girir.

"Anti-Rusiya" kimi onun mahiyyəti budur. Belə bir Ukrayna ola bilməz və olmamalıdır", deyə Saldo bildirib.

"Qubernator" əlavə edib ki, hələ 2019-cu ildə respublikada prezident seçkiləri keçiriləndə Volodimir Zelenskinin ölkəni yaxşı bir şeyə apara bilməyəcəyini anlayırdı.

Həmçinin, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev indiki münaqişə nəticəsində Ukraynanın dünyanın siyasi xəritəsindən silinməsi ehtimalını dəfələrlə dilə gətirib. Siyasətçi Ukraynanı SSRİ-nin xarabalıqları üzərində süni şəkildə yaradılmış dövlət adlandırıb. O, həmçinin bildirib ki, münaqişənin digər nəticəsi hazırkı Kiyev hakimiyyətinin "utanc verici gedişi” olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?