İngiltərədə sabiq rus agenti Sergey Skripal həyat uğrunda mübarizə aparır, digər sabiq rus agenti Anna Çapman isə Taylanddakı tətilindən fotoları sosial mediada paylaşır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Rusiya Hərbi Kəşfiyyat İdarəsinin sabiq üzvü Sergey Skripal 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik İdarəsi tərəfindən həbs edilibi. Onlarla rus agenti barədə məlumatı İngiltərəyə satmaqda ittiham edilən Skripal 2006-cı ildə 13 il azadlıqdan məhrum olunub. Lakin Rusiyanın sabiq prezidenti Dimitri Medvedyev 2010-cu ildə onun adını əfv siyahısına salıb. Sabiq agent ötən günlərdə İngiltərədə qeyri-müəyyən maddə ilə zəhərlənib. Xəstəxanaya aparılan Skripal və yanındakı 33 yaşlı qadının vəziyyəti qeyri-müəyyəndir.
Sergey Skripal 2010-cu ildə ABŞ-da saxlanılan 10 Rusiya agenti qarşılığında əfv edilmişdi. Rusiyaya təhvil verilən şəxslər arasında Anna Çapman da var idi. 36 yaşlı sabiq agent sosial mediada paylaşdığı Tayland tətilindən fotolarla gündəmə düşüb.