Xəbər lenti

Rusiyanın "An-26" təyyarəsi qayaya çırpılıb: 29 nəfər həlak olub
Dünya09:10 01.04.2026

Rusiyanın "An-26" təyyarəsi qayaya çırpılıb: 29 nəfər həlak olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Krımda Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədəki 29 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Təyyarədə 23 sərnişin və 6 heyət üzvü olub.
Məlumatda deyilir: "Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəza yerini müəyyən edib. Hadisə yerindən alınan məlumatlara görə, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub".
Qəzanın ilkin səbəbi texniki nasazlıqdır.
Hadisə yerindəki mənbə RİA Novosti-yə bildirib ki, təyyarə qayalığa çırpılıb.
Rusiya Müdafiə Nazirliyinin komissiyası qəza yerində işləyir.