Xəbər lenti

Rusiyanın baş naziri İrəvanın məşhur caz klubunda oldu - KİV
Dünya15:56 20.11.2021

Rusiyanın baş naziri İrəvanın məşhur caz klubunda oldu - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvanda olan Rusiyanın baş naziri Mixail Mişustin ötən gün Ermənistan paytaxtının mərkəzində yerləşən məşhur "Malxas” caz klubunda olub. Qaynarinfo xəbər verir ki, bu barədə şənbə günü "Joxovurd” qəzeti məlumat yayıb.
Rusiya hökumətinin başçısı Ermənistana Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün gəlib.
Qəzet qeyd edir ki, Mişustinin özü məşhur erməni cazmeni Levon Malxasyanın bəstələrinin canlı ifasını dinləmək istəyib.
Mətbuat dəfələrlə Rusiya baş nazirinin musiqiyə olan sevgisindən yazıb. Üstəlik, ötən il Rusiya mətbuatında Mişustinin məşhur müğənni Qriqori Lepsin bir neçə mahnısına musiqi bəstələdiyinə dair məlumatlar yayılıb.
Alpər