Xəbər lenti

Rusiyanın bir neçə hava limanı işini dayandırdı: "Kovyor" planı tətbiq edildi
Dünya11:01 27.12.2024

Rusiyanın bir neçə hava limanı işini dayandırdı: "Kovyor" planı tətbiq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
27 dekabr səhəri bir neçə Rusiya hava limanı işini dayandırıb və "Kovyor" planını tətbiq edib.  
Qaynarinfo xəbər verir ki, bu barədə Baza https://t.me/bazabazon/33985 , TASS https://t.me/tass_agency/293611  Rosaviasiyaya istinadla yazıb. 
Bildirilir ki, "Kovyor" planı Soçi, Kazan, Astraxan və Volqoqrad hava limanlarında tətbiq edilib.  
Rosaviasiyanın məlumatında hava limanlarının işində məhdudiyyətlərin mülki aviasiya təyyarələrinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğu qeyd edilir.  
Rus sosial şəbəkələrində bu planın pilotsuz uçuş aparatları təhlükəsi səbəbilə tətbiq edildiyi iddia olunur.  
Saat 06:40-da Rusiya KİV-ləri Astraxan və Volqoqrad hava limanlarında məhdudiyyətlərin guya aradan qaldırıldığını bildirib.
Alpər