Dünya 13:44 03.02.2023

Rusiyanın böyük hücumu apreldən əvvəl başa çatacaq, ancaq uğurlu olmayacaq - ISW

Rusiya prezidenti Vladimir Putin, yəqin ki, yenə də Rusiya ordusunun gücünü həddindən artıq qiymətləndirib və buna görə də onun Ukraynanın şərqindəki böyük hücumu yaz yağışlı mövsümdə vaxtından əvvəl başa çatacaq və effektiv olmayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Tədqiqi İnstitutunun (ISW) analitikləri yeni hesabatlarında yazırlar.
 
Analitiklər Ukrayna Baş hərbi kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Çernyakın "Kyiv Post”a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Rusiya hərbçilərinə Donetsk və Luqansk vilayətlərini 2023-cü ilin mart ayına qədər bütövlükdə ələ keçirməyi əmr etdiyini söyləyən bəyanatına diqqət çəkiblər. Çernyak həmçinin bildirib ki, Rusiya qoşunları Ukraynanın şərqindəki bölgələrə əlavə hücum qrupları, bölmələr, silah və hərbi texnika aparır.

"Putin bir daha Rusiya ordusunun öz imkanlarını yüksək qiymətləndirmiş ola bilər. ISW, Rusiya qüvvələrinin Ukraynanın şərqində Ukrayna qüvvələrini məğlub etmək və işğal olunmamış Donetsk vilayətinin 11,300 kv. (bölgənin ümumi ərazisinin 42%-i) ərazisini 2023-cü ilin mart ayına qədər ələ keçirmək üçün kifayət qədər döyüş gücünü bərpa etdiyinə dair heç bir sübut görməyib”, - institut qeyd edib.

ISW-nin ilkin qiymətləndirməsi belədir ki, Rusiyanın böyük hücumu əməliyyat baxımından əhəmiyyətli nəticələr əldə etmədən, 2023-cü ilin aprel ayına qədər, yaz mussonunda vaxtından əvvəl başa çatacaq.

İnstitutun hesabatında deyilir: "Rusiya qüvvələrinin kulminasiyası Ukrayna qüvvələrinin 2023-cü ilin yazının sonu və ya yayında Qərb tanklarını aldıqdan sonra əks-hücum əməliyyatında istifadə etməsi üçün əlverişli şərait yarada bilər.

Nizami Bağırov