Xəbər lenti

Rusiyanın Bryansk vilayətində döyüşlər gedir (YENİLƏNİB)
Dünya10:05 02.03.2023

Rusiyanın Bryansk vilayətində döyüşlər gedir (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Bryansk vilayətinin sərhədyanı Suşanı kəndində Rusiya Qvardiyasının döyüşçüləri ilə bir qrup silahlı şəxs arasında döyüş gedir, indi orada partlayış səsləri eşidilir.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS və "Telegram" kanalları hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır. 
Bryansk vilayətinin hakimiyyət orqanları "RİA Novosti"yə Klimovski rayonunda baş verən hadisəni təsdiqləyiblər. Ukrayna Silahlı Qüvvələri Rusiya mətbuatının məlumatını şərh etməyib və Rusiya Federasiyası Müdafiə Nazirliyindən də insidentlə bağlı rəsmi açıqlama yoxdur.
TASS-ın məlumatına görə, Bryansk vilayətinin sakinləri arasında ölən və yaralananlar var. Suşanı kəndində 180 nəfər yaşayır.
Həmçinin iqtidaryönlü media və kanallar 50 nəfərlik silahlı dəstənin kənd sakinlərini girov götürdüyünü yazır. TASS altı nəfərin girov götürülə biləcəyini iddia edir. Kanal xəbər verir ki, bir qrup silahlı şəxs "diversantlar" adlandırılır. "Baza”nın məlumatına görə, "sarı sarğılı” silahlı şəxslər Bryansk vilayətindəki kəndin ərazisinə daxil olaraq sakinlərdən bir neçəsini girov götürüblər. Telekanalın məlumatına görə, Suşanıda elektrik yarımstansiyası və qaz stansiyası partladılıb. 
Bundan əvvəl Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Ukraynadan olan diversiya-kəşfiyyat qrupu (DKQ) Bryansk vilayətinin Klimovski rayonunun Lyubeçane kəndinə daxil olaraq avtomobili atəşə tutub. Onun sözlərinə görə, bir sakin ölüb, 10 yaşlı uşaq xəsarət alıb.
Rusiya Federasiyasının Bryansk vilayətində gedən döyüşlərlə bağlı Rus Könüllülər Korpusu öz rəsmi "Telegram" kanalında bəyanatla çıxış edib.
Bəyanatda deyilir: 
"Hal-hazırda bütün internet resurslarında siz uşaqları öldürən, girov götürən, eyni zamanda tələsik oradan qaçan və s. "Ukrayna DKQ”larla bağlı xəbərləri görə bilərsiniz. Bütün bunlar Kreml təbliğatçılarının yalanıdır.
Rusiya Könüllülər Korpusu Bryansk vilayətinə gəlib ki, göstərsin həmvətənlərinə ki, ümid var, əlində silah olan azad rus insanları rejimə qarşı döyüşə bilər".
Rus könülləri qeyd ediblər ki, bir az sonra macəralarından bəhs edən təkzib filmini paylaşacaqlar.
Nizami Bağırov