Xəbər lenti

Rusiyanın “Buyan” və “Pavel Derjavin” gəmiləri hansı silahlarla vurulub? - SBU açıqladı
Dünya11:49 13.10.2023

Rusiyanın “Buyan” və “Pavel Derjavin” gəmiləri hansı silahlarla vurulub? - SBU açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Buyan” reaktiv daşıyıcısına bugünkü hücum və bir gün əvvəl "Pavel Derjavin” gəmisinin partlaması Ukrayna Təhlükəsizlik Xidmətinin Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birgə işi olub. 
Qaynarinfo bildirir ki, bu barədə UNIAN-a SBU-dakı mənbə məlumat verib və qeyd edib ki, hər iki gəmi "Dəniz körpələri” tərəfindən eksperimental silahlarla vurulub.
"Birinci partlayışdan sonra Rusiya minaaxtaranları və dalğıcları bizim nou-hauumuzu aşkar edə bilmədilər. Dünən "Alrosa" sualtı qayığının bəxti gətirdi ki, müvəqqəti olaraq bizim icadlarımızdan xilas ola bildi", - UNIAN-ın həmsöhbəti qeyd edib. 
Bununla belə, "Buyan” qanadlı raket daşıyıcısı "Alrosa”nın "cəsarətini" təkrarlaya bilməyib, buna görə də bu gün Sevastopol reydində "Dəniz Körpələri”nin eksperimental silahları ilə vurulub.
"SBU moskvalıları xəbərdar edir - donanmanızın ən azı bir hissəsinin qalıqlarını qorumaq istəyirsinizsə, Ukrayna sularında üzməyin", - xüsusi əməliyyatın təşkilatçılarından biri UNIAN-a deyib.
UNİAN-ın verdiyi məlumata görə, oktyabrın 12-də səhər saatlarında Sevastopolda rus gəmisinin partladığı məlum olub. Söhbət "Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan 21631 "Buyan-M” layihəsinin kiçik raket gəmisindən gedir.
Bundan əlavə, ötən gün Rusiya Qara Dəniz Donanmasının böyük patrul gəmisi "Pavel Derjavin” də Sevastopol yaxınlığında partladılıb.
Alpər