Çerniqov şəhəri istiqamətində "Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları "Facebook" səhifəsində məlumat yayıb.
Məlumatda vurğulanır ki, Rusiya Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi zərərsizləşdirilib:
"İşğalçı qüvvələr canlı itki verib. "Şimal” bölməsi, həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib. Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, - deyə məlumatda bildirilir.
Xəyal
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/LTccM-5VFIE" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">