Xəbər lenti

"Rusiyanın daha 7-10 gün üçün gücü var və sonra tükənəcək" - Hərbi ekspert
Dünya05:27 27.04.2022

"Rusiyanın daha 7-10 gün üçün gücü var və sonra tükənəcək" - Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Baş Qərargahın Ukraynaya hücumların ikinci dalğasının dayandırılmasını tövsiyə edən generallara qulaq asmayıb. İndi Rusiya ordusu problemlə üzləşib, onların 7-10 günlük hücum üçün gücə malikdir.
Qaynarinfo xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov "Ukrayna 24” "YouTube" kanalında teleaparıcı Nataşa Vlaşçenkoya müsahibəsində danışıb.
Onun sözlərinə görə, Vladimir Putini planlarının miqyasına görə Napoleonla müqayisə etmək olar. 
"Rusiya Baş Qərargahından bir neçə generalın Putinə hücumun ikinci dalğasından imtina etməyi tövsiyə edən analitik hesabat təqdim etmək cəhdi barədə məlumat var idi. Çünki onlar əslində ordunun bütün döyüşə hazır hissəsini itirirlər və hər şeyi bilirlər. Lakin Putin deyib ki, hər şey plana uyğundur, hücumu davam etdiririk”, deyə ekspert bildirib.
Dnestryanıdakı vəziyyəti şərh edən Jdanov qeyd edib ki, burada yeni heç nə yoxdur, Putinin köhnə "Novorossiya" planıdır:
"Plan məhz belə idi: Ukraynanın cənub-şərqi və dəniz sahilindən ayrılması. Ona görə də burada yeni heç nə yoxdur. Kiyev istiqamətində şimala dönmək olar. Yeri gəlmişkən, orada çox qısa məsafə var".
"Fakt budur ki, bütün qanunlara görə hücum əməliyyatı maksimum iki həftədir, çünki hərbi elm maddi ehtiyyatlar, döyüş sursatları, yanacaq və xüsusən də şəxsi heyət toplamaq üçün daha çox vaxt tələb edir (itkiləri daim əvəz etmək lazımdır. Ona görə də, onların daha 7-10 gün gücü var və tükənəcəklər", deyə Jdanov qeyd edib.
Onun sözlərinə görə, Putin nəyin bahasına olursa-olsun, itkiləri saymadan qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə çalışır, lakin bu, gələcəkdə onu böyük problemlərlə təhdid edir.
Aydın