Mari Elin hərbi komissarları hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirmək üçün rayon sakinlərinə çağırış vərəqələri göndərməyə başlayıblar.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin məlumatında
deyilir.
Açıqlamada deyilir ki, paylama "planlaşdırıldığı kimi” həyata keçirilir.
Hökumətin mətbuat xidməti xatırladıb ki, hər il RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ehtiyatda olan vətəndaşlarla hərbi təlimlərin keçirilməsi planını təsdiq edir. Bildirilir ki, təlim-məşq toplanışına çağırılan vətəndaşlar orta əməkhaqqı verilməklə iş yerlərində saxlanılacaq və "hərbi rütbə və vəzifəyə uyğun” bütün maliyyə ödənişləri də həyata keçiriləcək.
Qeyd edək ki, Mari El mart ayında məlumatların dəqiqləşdirilməsi üçün çağırışların göndərildiyi altıncı bölgə olub.
Ötən gün Voronej vilayətində çağırış vərəqələrinin paylandığı məlum oldu. Daha sonra - Lipetsk və Penza vilayətlərində, eləcə də Xantı-Mansiysk Muxtar Dairəsində martın 16-da Yaroslavl vilayətinə çağırış vərəqələri göndərilməyə başlandı.
Prezidentin sözçüsü Dmitri Peskov poçt göndərişi prosesini "ümumi təcrübə” adlandırıb. O, həmçinin vurğulayıb ki, hazırda Kremldə yeni səfərbərlik dalğası müzakirə edilmir.
Alpər