Xəbər lenti

Rusiyanın daha bir generalı öldürüldü (FOTOLAR)
Dünya14:52 16.04.2022

Rusiyanın daha bir generalı öldürüldü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Frolov Ukraynada gedən döyüş zamanı həlak olub.
Qaynarinfo xəbər veriri ki, bu barədə Rusiyanın "Fontanka” nəşri məlumat yayıb. 
Nəşrin məlumatına görə, aprelin 16-da Sankt-Peterburqda 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Petroviç Frolovla vidalaşıblar. Onun dəfn mərasimi Serafimovski qəbiristanlığında hərbi şərəflə keçirilib, mərasimdə qubernator Aleksandr Beqlov iştirak edib. 
Bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qubernatorun sözlərinə görə, Vladimir Frolov döyüşlərdə "igidlik göstərərk həlak olub”
Nizami Bağırov