“Suriyanın İŞİD terrorçularından azad edilməsində Rusiyanın dəstəyi əsas rol oynayır”.
Bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.
“Suriya xalqının belə bir iradəsi var. Suriya ordusu bütün bölgələri azad etmək niyyətindədir. Bu məsələdə bizi dostlarımız dəstəkləyir. Nəticələrin əldə olunmasında Rusiyanın dəstəyi əsas olub”, - deyə o vurğulayıb.
Bununla yanaşı Əsəd İran və “Hizbullah” hərəkatının dəstəyini də qeyd etməyi unutmayıb. (apa)
Qaynar.info