1 dekabrda Rusiyanın Tambov vilayətində, Kazinskiye Vıselki yaşayış məntəqəsinin yaxınlığında "Drujba” neft kəmərinin bir hissəsi partlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən (QUR) "Ukrainska Pravda”ya bildiriblər.
Mənbələr UP-yə bildiriblər ki, neft kəmərinə hücum Kazinskiye Vıselki kəndi yaxınlığında – Taqanroq–Lipetsk seqmentində həyata keçirilib. Həmsöhbətlərin sözlərinə görə, partlayış üçün məsafədən işə salınan partlayıcı qurğu və yanmanın güclənməsi üçün əlavə yandırıcı qarışıqlardan istifadə olunub.
Yerli sosial şəbəkə kanallarında sakinlər partlayışın videogörüntülərini dərc ediblər. Onlar qeyd ediblər ki, Kazinskiye Vıselki ərazisində güclü gurultu eşidilib və onu parlaq işıqlar müşayiət edib.
Qeyd edək ki, "Drujba” neft kəməri Rusiya tərəfindən Şərqi və Mərkəzi Avropa ölkələrinə neft daşınması üçün istifadə olunur.
Alpər
Şərhlər