Xəbər lenti

Rusiyanın dünyanı qorxuya salan təyyarəsi yandı
Dünya13:07 10.06.2014

Rusiyanın dünyanı qorxuya salan təyyarəsi yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın yeni 5-ci nəsil T-50 qırıcı təyyarəsi Moskva yaxınlığında sınaq uçuşu keçirərkən qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə rus hərbi mənbələrindən məlumat daxil olub.

Qəza Ramenskdəki Qromov aerodromunda baş verib.

“Məlumata görə, T-50-nin güc qurğularından birində nasazlıq baş verib və eniş zamanı təyyarədə alışıb. Təyyarə heyəti arasında xəsarət alan yoxdur, yanğın tez bir zamanda söndürülüb”, - deyə məlumatda bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, 5-ci nəsil təyyarələrdən olan T-50 rus aviasiyasının ən müasir təyyarələrindən sayılır. Bu qırıcını ABŞ-ın 5-ci nəsil F-22 və F-35-ləri ilə müqayisə edirlər.