Xəbər lenti

Rusiyanın Edinburqdakı konsulu müharibəyə etiraz etdi, Ukraynanı dəstəklədi (FOTO)
Dünya16:53 06.05.2022

Rusiyanın Edinburqdakı konsulu müharibəyə etiraz etdi, Ukraynanı dəstəklədi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 6-da Rusiyanın Edinburqdakı (Şotlandiya) konsulluğunun rəsmi "Instagram" səhifəsində Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən mesaj yayımlanıb.
Qaynarinfo bu barədə "Gordonua” nəşrinə istinadən xəbər verir.
"Mən, Rusiyanın Edinburqdakı baş konsulu Yakovlev A.İ., Rusiya Silahlı Qüvvələrinin suveren, müstəqil Ukrayna dövlətinə qarşı hərbi xüsusi əməliyyat keçirməsini qətiyyətlə pisləyirəm. Avropa İttifaqı ölkələri tərəfindən Ukraynanın Silahlı Qüvvələrinə istənilən yardımı tam dəstəkləyirəm", mesajı Ukraynanın dövlət bayrağının rənglərində geyinmiş və əllərində "I Support Ukraine” ("Ukraynanı dəstəkləyirəm") yazısı olan qızların fotosu müşayiət olunub.
Yazı dərc olunandan təxminən bir saat səfirliyin səhifəsi bağlanıb:
Nizami Bağırov