Rusiyanın Yamalo-Nantes bölgəsində yerləşən Oranqoye qaz yatağında hələ də səbəbi məlum olmayan güclü partlayış baş verib.
Qaynarınfo bu barədə "Euroweeklynews" saytina istinadən xəbər
verir.
Məlumata görə, cümə axşamı Moskva vaxtı ilə saat 00:30 radələrində UPGG-7 və UPGG-8 qaz təmizləyici qurğular arasında yerləşən qaz kollektorunun ikinci xəttində yanğın nəticəsində Oranqvey yatağında təzyiq azalıb.
Yanğından sonra qaz yatağının rəsmiləri istehsalat obyektinin fəaliyyətini dayandırmaq üçün hərəkətə keçib və Moskva vaxtı ilə saat 02:50 radələrində yanğının qarşısı alınaraq, istehsalat bərpa olunub. Yanğın zamanı itki olmayıb.
Qeyd edək ki, Oranqoye qaz yatağı İranın Cənubi Pars yatağından sonra dünyada ikinci ən böyük təbii qaz yatağıdır.
M.Arif