Xəbər lenti

Rusiyanın ən zəngin deputatı Hindistanda müəmmalı şəkildə öldü
Dünya15:47 26.12.2022

Rusiyanın ən zəngin deputatı Hindistanda müəmmalı şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanda Rusiyanın ən zəngin deputatı Pavel Antov ölü tapılıb. Onun cəsədi 65 yaşını qeyd etdiyi otelin pəncərələrinin altında qan içində aşkar edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "Shot" "Telegram" kanalı məlumat yayıb.
"Telegram" kanalının məlumatına görə, milyarder Antovun cəsədi şənbə günü Rayaqadda (Odişa ştatı) tapılıb. İlkin olaraq müəyyən edilib ki, Rusiya Federasiyasının ən zəngin deputatının üçüncü mərtəbədən yıxılıb.
Ötən gün mərhum 65 yaşını qeyd etmək üçün daha üç rusiyalı turistlə Hindistana uçub. Antonovun dostlarından biri otel otağında boş alkoqol şüşələrinin arasında huşsuz vəziyyətdə tapılıb. Onun başına gələnlər araşdırılır, lakin o, xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Polis Pavel Antovun dostunun ölümü səbəbindən depressiyaya düşərək intihar edə biləcəyi versiyasını istisna etmir.
Pavel Antov Vladimir vilayətinin Qanunvericilik Şurasının üzvü, "Vladimirski standard” şirkətlər qrupunun vitse-prezidentidir. 2018-ci ildə "Forbes" onun qazancını 10 milyard rubl qiymətləndirib. O, Rusiyanın ən varlı deputatları və məmurlarının reytinqinə başçılıq edib.
Antovun ölümünü Vladimir vilayətinin Qanunvericilik Şurasının vitse-spikeri Vyaçeslav Kartuxin təsdiqləyib. 
Nizami Bağırov