Xəbər lenti

Rusiyanın erməni səfirinin paylaşımı İranı hiddətləndirdi (FOTO)
Siyasət09:55 12.08.2021

Rusiyanın erməni səfirinin paylaşımı İranı hiddətləndirdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın İrandakı səfiri Levan Caqaryanin "Tvitter” paylaşımı böyük qalmaqal yaradıb. 
Caqaryan Böyük Britaniyanın ölkədəki səfiri ilə 1943-cü il Tehran konfransının keçirildiyi ərazidə foto çəkdirib. Səfir şəkillə İkinci Dünya Müharibəsinin, həmçinin, İranın taleyini müəyyənləşdirən Stalin, Ruzvelt və Çerçil görüşünə eyham vurub.
Foto iranlıların, o cümlədən, xarici işlər naziri Cavad Zərifin narazılığına səbəb olub.
"Bu gün çox yersiz bir şəkil gördüm. İran xalqı taleyinin xarici səfirliklərin yaxud ölkələrin əlində olmadığını nümayiş etdirib”, - deyə Zərif məsələyə reaksiya verib. /Modern.az