Xəbər lenti

Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkə üçün təhlükə yaradır - Paşinyan
Dünya09:43 10.01.2023

Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkə üçün təhlükə yaradır - Paşinyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya ilə onun respublika ərazisində hərbi mövcudluğunun rolu və əhəmiyyəti barədə danışıqlar gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” yazır.
"Azərbaycan bu yaxınlarda Qərb dövlətləri ilə təmaslar zamanı Ermənistana qarşı destruktiv hərəkətlərini onunla izah edir ki, guya İrəvan və Moskva guya Azərbaycana qarşı birgə təcavüz planlaşdırırlar, ona görə də, deyirlər ki, Azərbaycan tərəfi qabaqlayıcı tədbirlər görür”, - Paşinyan mətbuat konfransında bildirib.
Paşinyanın sözlərinə görə, Azərbaycanın arqumentləri absurddur, digər tərəfdən, Ukrayna hadisələri fonunda bu cür narrativlər Qərbdə müəyyən maraq doğurur.
"...Və Ermənistan tərəfi rusiyalı həmkarlarının diqqətini bu vəziyyətə cəlb edərək bildirir ki, Rusiyanın susqunluğu şəraitində kuryoz vəziyyət yaranmış olur – Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki sonuncunun təhlükəsizliyinə zəmanət verir, əksinə, respublika üçün təhlükələr yaradır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Ermənistan bütün bunlardan hələ ki, nəticə çıxarmır, sadəcə faktları ortaya qoyur. O qeyd edib ki, bu barədə rusiyalı həmkarları ilə uzun müddətdir, danışqlar gedir.
Ermənistanın Şirak rayonunun Gümrü şəhərində 1995-ci il dövlətlərarası müqaviləyə əsasən, Rusiya hərbi bazası yerləşdirilib. 2010-cu ildə sənədə düzəliş edilib, ona görə onun qalma müddəti ilk 25 ildən 49 ilə, 2044-cü ilə qədər uzadılıb.
 
Alpər