Xəbər lenti

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub, bir nəfər öldü
Dünya17:59 13.05.2022

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub, bir nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonunda partlayış olub.
APA "Sputnik"ə istinadən xəbər verir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda baş vermiş partlayış nəticəsində bir nəfər çoban ölüb.
Məlumata görə partlayış saat 15:30 radələrində baş verib.
Hərbi bazanın komandanlığı bildirir ki, həmin poliqonda heç bir təlim olmayıb.