Xəbər lenti

Rusiyanın gizli silahı - FOTO
Dünya16:10 08.05.2016

Rusiyanın gizli silahı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xəzər dənizi canavarı" Rusiyanın Soyuq müharibə dövründə yarı gəmi, yarı təyyarə olaraq hazırladığı gizli hərbi layihənin kod adı idi.
Axar.az xəbər verir ki, "Xəzər dənizi canavarı" 1960-cı illərin ortalarında ABŞ radarları tərəfindən müəyyən edilir və bundan sonra onun varlığı dünyaya bəlli olur.
Layihənin müəllifi SSRİ lideri Nikita Xruşşovun yaxın dostu, aerodinamika üzrə alim Rostislav Alekseyevdir. O, layihəsini daha sonra Ekranoplan (gizli gəmi) adlandırdı.
Ekranoplan dənizin üzərindən 15-20 metr məsafədə uçurdu və daha az yanacaq sərf edirdi. Təyyarə tam havalanmadığı üçün nə radarlar, nə də sualtı gəmilər vasitəsilə müəyyən edilə bilmirdi.
SSRİ-də Ekranoplanlar həm canlı qüvvə, həm də sursat daşımaq üçün istifadə olunurdu.
Rusiyanın gizli silahını təqdim edirik:
Qaynarinfo.az