Xəbər lenti

Rusiyanın hücum ehtimalı: Ukraynanın Müstəqillik Günü tədbirləri ləğv edildi
Dünya13:23 22.08.2022

Rusiyanın hücum ehtimalı: Ukraynanın Müstəqillik Günü tədbirləri ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın təhlükəsizlik orqanları Rusiyanın mümkün hücumu barədə xəbərdarlıq edib. Ukraynanın müstəqilliyini qeyd etmək üçün bütün planlar ləğv edilərək bu barədə hər hansı tədbirin keçirilməsin qadağan olunub.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Ukrayna yerli rəsmiləri bildiriblər ki, ölkə paytaxtı Kiyevdə bu həftə müstəqilliyin qeyd edilməsi ilə bağlı ictimai şənliklərin keçirilməsini qadağan olunub və onun ikinci şəhəri Xarkovda Rusiyanın hücumu təhlükəsinin artması səbəbindən komendant saatı tətbiq edilib.
Bununla bağlı Ukrayna prezidenti dünən Rusiyanın ölkənin müstəqillik günündə hər hansı təxribata əl atacaği ehtimalına görə ukraynalılara xəbərdarlıq edərək bildirib ki, ölkə əhalisi Rusiyanın ukraynalılar arasında "ümidsizlik və qorxu” yaymasına imkan verməməlidir.
Zelenskinin bəyanatları Rusiyanın nəzarətində olan Krım yarımadasında baş verən son partlayışlar, eləcə də Ukraynadakı Atom Elektrik Stansiyasına düşən raketin Ukrayna müharibəsində gərginliyin və münaqişələrin artması ilə bağlı narahatlıqları artırdığı bir vaxta təsadüf edir.
Ukraynanın müstəqilliyinin ildönümünün qeyd edilməsi avqustun 24-də keçirilməli idi.
M.Arif