Moskva və Sankt-Peterburqda işğal olunmuş Krım yarımadasının mühafizəsini gücləndirmək üçün kütləvi səfərbərlik keçirməyi planlaşdırırlar.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Facebook sosial şəbəkəsində məlumat
yayıb.
"Məlum olduğu kimi, hətta Moskva və Leninqrad vilayətlərinin, o cümlədən Moskva və Sankt-Peterburqun hərbi komissarlıqları yerli sakinlərin kütləvi şəkildə hərbi xidmətə çağırılması ilə bağlı göstərişlər alıblar”, - məlumatda deyilir.
Xüsusilə, gizli səfərbərlik zamanı çağırılan "moskviçlər” və "peterlilər” Krımda yerləşən hərbi birləşmələrdə yerləşdiriləcəklər.
Bundan əlavə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin müvəqqəti işğal altında olan Krım Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələrinin doldurulması və Krım yarımadasının müdafiəsinin gücləndirilməsi məqsədilə Cənub Hərbi Dairəsinin komandanı general-leytenant Aleksandr Dvornikov ("Suriya qəssabı") 1 min 200 çağırışçının göndərilməsi ilə bağlı qərar verib.
"Krım Muxtar Respublikasının ərazisində hələlik hərbi əməliyyatlar aparılmadığından, bu hərbçilərə müqavilə imzalamaq təklif edilmir ki, bu da xərclərə qənaət və Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş bütün müavinətləri ödəmək istəmədiyini göstərə bilər.
1200 çağırışçı Ukrayna qoşunlarının zərbələri və "partizanların" hücmları altında hərbi xidmət edəcək və təxminən 5 min rubl (təxminən 82 ABŞ dolları) maaş müqabilində həlak olacaqlar. Rusiya dövlətinin vəsaitlərinə qənaət həm də hərbi qulluqçuların həlak olması halında kompensasiyanın ödənilməməsi hesabına baş verəcək, çünki Rusiya Federasiyası çağırışçıların hərbi əməliyyatlarda iştirakını inkar edir”, - kəşfiyyat xidməti qeyd edib.
Xatırladaq ki, 2014-cü ilin yazında Rusiya Federasiyası Ukrayna Krımını qanunsuz olaraq ilhaq edib. 2022-ci il fevralın 24-də səhər tezdən rus qoşunları Ukraynanın materik hissəsinə, xüsusən də işğal olunmuş yarımadanın ərazisindən genişmiqyaslı hücum həyata keçirib.
Bir neçə gün əvvəlsə Krımda hərbi obyektlərdə partlayışlar baş verib, xüsusən də Ukraynanın materik hissəsini bombalamaq üçün uçan düşmən təyyarələri məhv edilib.
Alpər