Xəbər lenti

Rusiyanın İrəvandakı hərbi bazasında “Ordu-2022” hərbi-texniki forumu başladı
Dünya08:37 20.08.2022

Rusiyanın İrəvandakı hərbi bazasında “Ordu-2022” hərbi-texniki forumu başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ermənistandakı hərbi bazasının "Patriot” parkında "Ordu-2022” hərbi-texniki forumu başlayıb.
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Forumun statik hissəsində bölmənin şəxsi heyəti müasir silah, hərbi və xüsusi texnika nümunələrini təqdim edib.
Xüsusi təchiz olunmuş platformada hərbi bazanın hava hücumundan müdafiə sisteminin istifadə etdiyi texnika, o cümlədən uzaq mənzilli S-300 zenit-raket kompleksi və orta mənzilli özüyeriyən "Buk” zenit-raket kompleksi təqdim olunur.
Statik göstərmə meydançasında Cənub Hərbi Dairəsinin hərbi bazasının T-72B əsas döyüş tankı, müasir rabitə və elektron döyüş sistemləri, R-149 komanda-idarə maşını, "Qrad” reaktiv yaylım atəşi sistemi və digər hərbi və xüsusi texnikası nümayiş etdirilir. 
"Yunarmiya” Ümumrusiya hərbi-vətənpərvərlik ictimai hərəkatının üzvləri bölmənin hərbi orkestri ilə birlikdə qonaqlar qarşısında Böyük Vətən Müharibəsi repertuarını özündə əks etdirən proqramla, hərbi xidmət haqqında müasir mahnılar və klassik marşlar və kompozisiyalarla çıxış edirlər.
Forumun keçirildiyi yerlərdə idman oyunları və yarışlar da keçirilir. Ənənəvi olanlar arasında kəndir çəkmə, dirəkdə çəkilmə və "əyləncəli startlar” var.
Forumun bütün günlərində xüsusi təyinatlı birləşmələrin hərbçiləri nümunəvi çıxışlar edəcək, ekspertlər qonaqlara Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin, hərbi hissələrin və xüsusi xidmət orqanlarının fəaliyyəti barədə məlumat verəcəklər.
Ümumilikdə, Cənub Hərbi Dairəsinin ərazisində Rusiya Federasiyasının 9 subyektinin Patriot hərbi-vətənpərvərlik parkının 16 yerində və Rusiyanın Ermənistan, Abxaziya və Cənubi Osetiya hərbi bazalarında 2022-ci il avqustun 19-dan 21-dək hərbi-texniki forum keçiriləcək. Forum hər gün saat 09:00-dan 16:00-dək açıqdır.
Alpər