Xəbər lenti

Rusiyanın işğalından yayınmaq olardımı? - Ukraynanın ikinci prezidenti
Dünya09:30 16.08.2022

Rusiyanın işğalından yayınmaq olardımı? - Ukraynanın ikinci prezidenti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının genişmiqyaslı işğalından yalnız Ukrayna Rusiya prezidenti Vladimir Putinin ultimatumunu qəbul etməklə yayına bilərdi, lakin belə bir qərarın nəticələri qəbuledilməz olacaqdı.
Qaynarinfo xəbər verir ki, bu fikri Ukraynanın ikinci prezidenti Leonid Kuçma "BBC News Ukrayna”ya müsahibəsində deyib. 
Siyasətçidən işğaldan yayınmağın mümkün olub-olmadığı soruşulub.
"Nə vaxt? Əgər fevral ayında, dərhal genişmiqyaslı müharibə ərəfəsində olsaydı, mən hesab edirəm ki, yalnız Putinin ultimatumunun şərtlərini qəbul etməklə bunun qarşısını almaq olardı. Onda bu, işğal yox, dövlətimizin tədricən tabe edilməsi olardı, onun planlaşdırılmış şəkildə işğalı olardı. O zaman "Buça” nəticə etibarı ilə təkcə Buçada deyil, bütün ölkədə, rus işğalçısının girəcəyi hər yerdə olacaqdı. Bu qədər bahasına işğaldan qaçmağın mümkünlüyü qəbulediləndirmi?”, - deyə Kuçma cavab verib.
O əlavə edib ki, bu sualın cavabı göz qabağındadır.
"Səhv etmirəmsə, məhz Çörçill "Münhen”dən sonra demişdi ki, müharibədən qaçmaq üçün şərəfsizliyi seçən şəxs əvvəlcə şərəfsizlik, sonra isə müharibə görəcək. Düşünmürəm ki, vəziyyəti bundan daha yaxşı ifadə etmək olardı. - Kuçma davam edir. - Əgər Rusiyanın "sürünən” təcavüzünün başlanmasından sonra bütün illər ərzində müqavimət göstərməyə hazırlaşsaydıq, işğalı qeyri-mümkün etmək olardı. Silahlı Qüvvələrimizi tam, hərtərəfli inkişaf etdirmək və müasirləşdirmək lazım idi”.
Kuçmanın sözlərinə görə, o, Rusiya Federasiyasının işğalına psixoloji cəhətdən hazır idi, lakin ümid edirdi ki, "bu qeyri-insani əmri verən şəxsdə insana aid nəsə qalıb”.
"Putin Rusiyasının aqressiv xarakterinə gəlincə, məndə 2003-cü ildən bəri heç bir illüziya yox idi, o zaman Moskvanın Ukrayna Krımına ilk müdaxiləsi zamanı rusların bizim Tuzla adamıza soxulacağı təqdirdə atəş açması əmrini vermişdim. Və mən Rusiya təhlükəsinin real səviyyəsini başa düşürdüm, çünki müxtəlif mənbələrdən yaxşı məlumat alırdım. Lakin hər şeyə rəğmən, Rusiyanın işğalı mənim üçün şok oldu”.
Nizami Bağırov