Xəbər lenti

Rusiyanın itkiləri açıqlandı: Canlı qüvvə, hərbi texnika sayı...
Dünya08:00 16.03.2022

Rusiyanın itkiləri açıqlandı: Canlı qüvvə, hərbi texnika sayı...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində bildirilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 13 800 nəfər canlı qüvvəsini itirdiyini bəyan edib.
Həmçinin, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 430 ədəd tankı, 1375 ədəd zirehli döyüş maşını, 190 ədəd artilleriya sistemi, 70 ədəd reaktiv yaylım atəş sistemi, 43 ədəd havadan müdafiə sistemi, 84 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 819 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 11 ədəd dronu, 10 xüsusi avadanlıq məhv edilib.