Xəbər lenti

Rusiyanın Kiyevə hücumu zamanı Almaniya konsulluğuna ziyan dəyib - Bild
Dünya11:08 10.10.2022

Rusiyanın Kiyevə hücumu zamanı Almaniya konsulluğuna ziyan dəyib - Bild

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevdə Rusiyanın kütləvi raket hücumu zamanı Almaniya konsulluğunun viza bölməsi zədələnib.
Qaynarinfo bu barədə "Bild”ə istinadən xəbər verir.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Almaniya viza ofisinin yerləşdiyi binaya ziyan dəydiyini təsdiqləyib. Lakin sözçünün sözlərinə görə, bir neçə aydır ki, "onlar heç kimə xidmət etmirlər”. O, həmçinin qeyd edib ki, atəş zamanı binada heç bir işçi olmayıb.
Kiyevdəki Böll Fondunun keçmiş sədri Sergey Sumlennı raket düşən yerdən foto dərc edərək kansler Olaf Şoltsa və xarici işlər naziri Annalena Berboka müraciət edib:  "Bəlkə siz bir neçə "Leopard” tankı göndərib, vəziyyəti yerində yoxlamaq istərdiniz?"
Nizami Bağırov