Xəbər lenti

Rusiyanın məşhur aviaşirkəti Bakıya uçuşları dayandırdı
Ölkə13:49 20.03.2019

Rusiyanın məşhur aviaşirkəti Bakıya uçuşları dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Ural Hava Yolları” aviaşirkəti Permdən Bakıya təyyarə reyslərini həyata keçirməkdən imtina edib.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, aviaşirkət Bakı ilə bərabər Permdən Tacikistanın Düşənbə və Xucand şəhərlərinə də uçuşları dayandırıb.
"Ural Hava Yolları”-nın  Bakı və Düşənbəyə həftədə 2, Xucanda isə 7 reys həyata keçirməyə icazəsi olub. "Ural Hava Yolları”-ndan bildirilib ki, aivşirkət marşrut şəbəkəsini təkmilləşdirmək çərçivəsində belə bir addım atıb, bu, şirkətin ümumi fəaliyyətinə və xidmətlərinin keyfiyyətinə təsir etmir.