Xəbər lenti

Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünya 17:32 20.11.2025

Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti

Rusiyanın Moldovada təyin olunmuş səfiri Oleq Ozerov 20 noyabrda Kişinyovdakı Xarici İşlər Nazirliyinə çağırılıb. Ona ölkə ərazisi üzərindən pilotsuz uçuş aparatının uçması ilə bağlı rəsmi etiraz bildirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Moldovanın "Newsmaker” nəşri məlumat verib.

Moldovanın Xarici İşlər Nazirliyi 19 noyabr gecəsi baş vermiş dron insidentini qətiyyətlə pisləyib və bunu ölkənin milli suverenliyinin ciddi şəkildə pozulması, eləcə də "vətəndaşların təhlükəsizliyinə və regionun sabitliyinə təhdid” kimi qiymətləndirib.

Ozerov XİN-ə çağırılıb və ona etiraz notası təqdim edilib. Rusiya diplomatı Moldovanın həmin dronun Rusiya istehsalı olduğunu sübut etməməsinə etiraz edib.
"Bizdə sual yarandı ki, nə üçün rus səfirini çağırıblar, ukrayna səfirini yox. Dron Ukrayna ərazisindən daxil olub… Moldovanın üzərində uçduğu iddia olunan həmin dronun Rusiya istehsalı olduğunu sübut edən heç bir dəlil yoxdur”, – Ozerov XİN-dən çıxandan sonra deyib.

Bundan əvvəl Moldovanın Müdafiə Nazirliyi təsdiqləmişdi ki, 19 noyabr gecəsi Rusiyanın Ukraynaya hücumu zamanı ölkənin hava məkanına pilotsuz aparat daxil olub.

Həmçinin Rumıniya məlumat vermişdi ki, Rusiya gecə hücumu zamanı qırıcılarını havaya qaldırıb və PUA-lardan birinin Rumıniya və Moldova hava məkanını pozduğu müəyyən edilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->