Xəbər lenti

Rusiyanın nə qədər “Kinjal” raketi qalıb? - Reznikov gecə hücumuna reaksiya verdi
Dünya13:31 16.05.2023

Rusiyanın nə qədər “Kinjal” raketi qalıb? - Reznikov gecə hücumuna reaksiya verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın müdafiə naziri Aleksey Reznikov mayın 16-na keçən gecə Rusiyanın hücumuna reaksiya verərək Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə gördüyü işə və təsirli nəticələrə görə təşəkkür edib.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.
"Ukrayna Silahlı Qüvvələrinin daha bir inanılmaz uğuru! Dünən gecə bizim səma müdafiəçiləri Rusiyanın 6 hipersəs raketi olan "Kinjal" raketini və daha 12 raketi vurublar", - o, Twitter-də yazıb.
Nazir eyni zamanda yazıb: 80-1-6=X. Çox güman ki, rusların əlində olan Kh-47 Kinjal raketlərinin ümumi sayı 80-dir. Ukraynanın hava hücumundan müdafiəsi bir Kinjal raketini mayın 4-də, digər 6 raketini isə 16-na keçən gecə vurub.
"Rusiya terrorçularının Ukraynanı məğlub etmək şansı yoxdur. Onların silahlarına Qərb silahları cavab verə bilər və verməlidir də. Ukrayna və bütün Avropa səmasının qorunmasına sərmayə qoyan hərbi personalımıza və tərəfdaş dövlətlərimizə təşəkkür edirik. Gəlin birlikdə qalib gələk!" - Reznikov vurğulayıb.
Xatırladaq ki, Rusiya qoşunları bu gecə Ukraynaya müxtəlif tipli 18 raketlə hücum edib. Onlardan altısı MiQ-31K təyyarəsindən atılan X-47M2 "Kinjal” aeroballistik raketi olub.
Alpər