Rusiyanın cari ildə enerji ixracından əldə etdiyi gəlir ötən illə müqayisədə 38 faiz artacaq.
Qaynairnfo xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib.
Məlumatda bildirilir ki, benzinin bahalaşması və neft ixracının həcminin artması 2022-ci ildə Rusiyaya 337.5 milyard dollar qazandıracaq ki, bu da ötən illə müqayisədə 38 faiz artım deməkdir.
Rusiya İqtisadiyyat Nazirliyinin hesabatına görə gəlirlərin əhəmiyyətli dərəcədə artması Qərbin sanksiyalarına rəğmən Rusiya iqtisadiyyatının güclənməsini şərtləndirə bilər.
Hesabatda qeyd edilir ki, Rusiya iqtisadiyyatında durğunluğun hökm sürdüyü və inflyasiyanın artdığı bir dönəmdə enerji ixracından əldə olunan nağd pul Prezident Vladimir Puti üçün hərbi xərcləri maliyyələşdirmək, yaxud da maaş və pensiyaları artırmaq imkanı yaradacaq.
M.Arif