Xəbər lenti

Rusiyanın nüvə təhdidi - blef, yoxsa...
Dünya10:26 07.05.2022

Rusiyanın nüvə təhdidi - blef, yoxsa...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya hərbi müdaxilədən dərhal sonra RF prezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrinin xüsusi hazırlıq vəziyyətinə gətirildiyi barədə bəyanat səsləndirdi. Putinin bu açıqlaması bütün dünyada təşviş yaradıb. Lakin əksər siyasi təhlilçilər belə hesab edirlər ki, sözügedən bəyanat Putinin həqiqətən də nüvə silahından istifadə etmək niyyəti kimi yox, Ukraynadakı müharibəyə qarışmamaqla bağlı digər ölkələrə xəbərdarlıq kimi qiymətləndirilməlidir. 
Rusiyanın malik olduğu nüvə silahlarının sayı dəqiq bəlli olmasa da, Qərb analitiklərinin hesablamalırına görə, Rusiyanın 5977 nüvə başlığı (nüvə partlayışı yaradan qurğu) var. Təxminən 4500 başlıq strateji nüvə silahı (nüvə başlıqlarını uzaq məsafələrə çatdıra bilən ballistik raket) hesab olunur. Nüvə müharibəsi dedikdə məhz bu növ silahlardan istifadə nəzərdə tutulur. Digər qurğular isə daha az dağıdıcı olan, döyüş meydanında və ya suda tətbiq edilən taktiki nüvə silahları hesab olunur. Göründüyü kimi, Rusiyanın istifadəyə hazır minlərlə uzaqmənzilli raketi var. Lakin mütəxəssislərin qiymətləndirməsinə görə, Rusiyanın 1500-ə yaxın nüvə başlığı sadəcə olaraq bazalarda, aerodromlarda və ya sualtı qayıqlarda yerləşdirilmiş vəziyyətdədir. Bu isə o anlama gəlir ki, Putinin bəyanatı sadacə olaraq blefdir. Bəzi təhlilçilər belə düşünür ki, Ukraynada iflasa uğrayan Rusiya məğlubiyyətini sığortalmaq üçün nüvə silahından istifadə edə bilər. 
Lakin deyəsən, vəziyyət dəyişir. Belə ki, bir müddət əvvəl dünyanı nüvə silahı ilə təhdid edən Rusiya artıq nüvə hədəsindən geri çəkilməyə başlayıb. Ekspertlərin bu qənaətə gəlməsinə eyni gündə Rusiya XİN-in iki rəsmisinin verdikləri açıqlamalar rəvac verib. Onlar Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın müavini Aleksey Zaytsev və Vaşinqtondakı səfiri Anatoliy Antonovdur. Belə ki, bir müddət əvvəl Antonov hazırda savaşdığı dünyanı nüvə zərbəsilə təhdid etsə də, son açıqlamasında yumşalaraq, nüvə müharibəsinin olmayacağını bəyan edib. Görəsən, hansı səbəbdən Rusiya nüvə təhdidindən geri çəkilməli olub? 
Bununla bağlı Qaynarinfo-ya açıqlama verən siyasi icmalçı Fərhad Məmmədovun fikrincə, nüvə təhdidindən geri çəkilməsi Rusiyanın müharibə meydanında qalib gələcəyinə, istəklərinə güc vasitəsilə nail olacağına hələ də inanması ilə bağlıdır:
"70 gündən çoxdur Ukraynada müharibə gedir. ABŞ Prezidenti isə mayın 9-da lend-liz haqqında qanunu imzalayacaq. Bu da onun göstəricisidir ki, Ukraynaya külli miqdarda yeni silahlar gələcək. Bunun nəticəsində müharibədə Rusiya daha böyük itkilərlə üz-üzə qalacaq. Fikirlər səslənir ki, Qərb və Rusiya qarşılıqlı olaraq hazırladıqları bütün alətlərdən artıq istifadə edirlər. Bir çox ekspertlər münaqişənin bu fonda pik nöqtəyə çatmasından sonra səngiməyə doğru gedəcəyini proqnozlaşdırır”. 
Hımsöhbətimiz düşünür ki, burada əsas məsələ Rusiyada səfərbərliyin elan edilməsi məsələsidir:"Dövlət Dumasının sədrinin timsalında Moskva bunu təkzib edir. Amma onun da şahidiyik ki, Putin özü müharibənin olmayacağını desə də, 3 gündən sonra hərbi əməliyyatlara start vermişdi. Ona görə də səfərbərlikdən çox şey asılı olacaq. Bu addıma cavab olaraq, eyni gündə ABŞ lend-liz qanununu işə salacaq. Bu da onu göstərir ki, tərəflər hələlik əllərində müharibəni davam etdirmək üçün lazımi qədər resurs olduğunu düşünür”. 
Digər tərəfdən, ekspertə görə, Rusiya indiki vəziyyətdə danışıqlara gedib mövcud mövqelərini qorumağa və Qərb sanksiyalarının bir hissəsinin götürülməsinə çalışır:
"Rusiya iki qondarma qurumun ərazisini "azad” etmək və Ukraynanın cənub bölgələrini tutmaq istəyir. Məqsəd budursa, Rusiya müəyyən güzəştlərə getməklə müharibəni yekunlaşdıra bilər. Amma görünən odur ki, Qərb artıq geriyə addım atmaq istəmir. Qərb artıq Ukraynanın müdafiəsi deyil, onun qalib gələcəyi barədə bəyanatlar verir, bununla da Moskvanın danışıqlara getməyə hazır olması məsələsinin üstündən xətt çəkirlər. Görünən budur ki, qarşılıqlı hiylələr işləməyəcək və müharibə intensiv olmasa da, hər halda  davam edəcək”. 
Rüfət Sultan