Ukraynadakı münaqişə NATO- nun məğlubiyyəti və Rusiyanın Almaniya ilə barışması ilə başa çatacaq.
Qaynarinfo xəbər verir ki, bu sözləri fransız tarixçi və antropoloq Emmanuel Todd "Le Point” jurnalına
müsahibəsində deyib.
Alimin fikrincə, Şimali Atlantika Alyansı artıq Ukraynada və bütövlükdə Rusiya Federasiyası ilə qarşıdurmada məğlubiyyətə doğru irəliləyir. O, həmçinin Almaniya siyasətinə xas çeviklik sayəsində Almaniyanın yenidən Rusiya ilə yaxınlaşa biləcəyinə inanır.
Todd həmçinin qeyd edib ki, ABŞ Rusiya Federasiyası ilə Almaniya arasında barışıqdan qaçmağa çalışır, çünki bu, ABŞ-ın Avropa güclərinə təsirinin azalmasına səbəb olacaq. Bundan əlavə, amerikalılar Vaşinqtondan idarə olunan London - Kiyev - Varşava oxunun Avropada mövqelərini möhkəmləndirməyə çalışırlar.
Bundan əvvəl Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot demişdi ki, Qərb ölkələri iki ildir, Ukrayna münaqişəsində Kiyevin qələbəsinin mümkünlüyü barədə yalan danışırlar, indi isə reallıqla üz-üzə qalıblar və dəhşətli yalandan necə qurtulacaqlarını bilmirlər.
Alpər