Xəbər lenti

Rusiyanın "Eurovision" təmsilçisi yarışmaya buraxılmaya bilər - AÇIQLAMA
Sənət11:26 13.03.2017

Rusiyanın "Eurovision" təmsilçisi yarışmaya buraxılmaya bilər - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Ukrayna təmsilçisi Yuliya Samoylovanın müsabiqədə iştirakı artıq qalmaqala səbəb olub. Ukrayna mediası onun yarışmaya buraxılmaması barədə məqalələr dərc edib.

İstiPress xəbər verir ki, mübahisələrə Ukraynanın Yuxarı Radasının millət vəkili Anton Qeraşenko münasibət bildirib:

"Əgər Yuliya Samoylova ictimai olaraq Ukrayna xalqına qarşı aqressiv çıxışlar etməyibsə, Krıma dəstək nümayiş etdirməyibsə, onun Ukraynaya gəlməsində heç bir problem görmürəm. Əgər o, incəsənət adamıdırsa, biz onun gəlişinə ancaq məmnun ola bilərik".

Bundan başqa millət vəkili əlavə edib ki, əgər Rusiya təmsilçisi musiqi yarışmasında siyasi çıxışlar etsə, onun Ukraynaya girişinə qadağa qoyula bilər.

Qaynar.Az