Xəbər lenti

Rusiyanın seksual aparıcısı istintaqa ifadə verdi
Dünya05:20 21.08.2013

Rusiyanın seksual aparıcısı istintaqa ifadə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın tanınmış teleaparıcısı Ksenya Sobçak istintaq komitəsinə çağrılaraq surğu-sual olunub. 

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun sorğu-sual olunmasına səbəb Dövlət Dumasının deputatları Yelena Mizulina və Olqa Batalinanı təhqir etməsi və onlara böhtan atması olub. 

İddiaya görə, Sobçakla həmin deputatlar arasında ötən həftə "Tvitter"də bir məsələ ilə bağlı müzakirə gedib. Ancaq çox çəkmədən müzakirə qalmaqallı mübahisəyə çevrilib və jurnalist onları təhqir edib. 

K.Sobçak mətbuata açıqlamasında, E.Mizulinanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: “Onun kimi ictimai xadimlərə qarşı cinayət işi qaldırmaq lazımdır ki, işlərini düzgün apara bilsinlər”.

Qaynar.info