Rusiyanın Su-57 qırıcı təyyarəsi Xabarovsk ərazisindəki tayqada qəzaya uğrayıb.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, qəza tayqada sınaq uçuşları zamanı baş verib. Pilot katapult etməyə fürsət tapıb.
Tapılan pilot Mi-8 helikopteriylə Komsomolsk aviasiya zavoduna aparılır. İdarə nümayəndəsi qeyd edib ki, qəzaya uğrayan T-50 qırıcısının (rəsmi adı Su-57) modelidir. Şərq Hərbi Dairəsinin mətbuat xidməti Su-57-nin hərbi heyətdə olmadığını bildirib. Bu qırıcı modeli bütün növ hava, yer və suüstü hədəfləri vurmaq üçün nəzərdə tutulub.