“Rossiya” telekanalının Ankaradakı xüsusi müxbiri RusiyanınTürkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra bir neçə dəqiqəərzində baş verənlərin əks olunduğu videokadrları əldə edib.
APATV-nin məlumatıa görə, videoda çaxnaşma, yaralı insanlar və onlarayardım etməyə çalışan şəxslər əks olunub. Görüntüdə yerə düşən qandamcıları, çevrilmiş masalar, qadın çığırtısı əks olunub. Telekanalgörüntünün insanların hadisə baş verən an qalereyadan çıxma məqamını əksetdirən yeganə kadrlar olduğunu qeyd edir. Arxa fonda qatilin yerdəuzanmış A. Karlova yaxınlaşması, sanki yoxlamaq məqsədi ilə, ona sarıəyilməsi əks olunub.
Hadisə yerində olmuştürkiyəli fotoqraf Uğur Kvas hadisə zamanı üç qadının yaralandığınıbildirib: “Güllələrdən biri rikoşet verərək qadının əlinə dəydi, dahabir qadın qolundan, digəri isə ayağından yaralandı. Yer qan içində idi. Qatil sonra sərgilənən fotoşəkilləri qopararaq, yerə atmağa başladı.Masalardakı kokteylləri, butulkaları da yerə tulladı”, - dyə o qeydedib.
Telekanalın məlumatına görə, qatil Mert Altıntaşa təslim olmaq təklif olunub. “Mən ölmək üçün buradayam”, -deyə o cavabında bildirib.
Məlumata görə,polislər qatili əvvəlcə ayağından yaralayıblar. Lakin, o, yaralandıqdansonra da atəş açmağa davam edib və bir an əlini cibinə salıb. Qumbaranıişə salacağını zənn edən polislər onu məhv etməli olublar.
Qatil Mert Altıntaşın evindən tapılan məktubda o bu əməli Allah naminə etdiyini qeyd edib.
Xatırladaqki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən“Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın buölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.
O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.