Rusiyanın Ukrayna ilə sərhəd vilayətində gecə saatlarında ard-arda partlayış səsləri eşidilib.
Qaynarinfo "Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Belqorod qubernatoru məlumat
verib.
Partlayışların eşidilməsi ilə eyni vaxtda Belqorod şəhərində silah anbarında yanğın baş verib.
Vilayət qubernatoru bildirib ki, silah anbarındakı yanğın söndürülüb, xəsarət alan yoxdur.
Bu ay Rusiya Ukraynanı Belqorod şəhərindəki yanacaq deposuna helikopterlərdən atəş açmaqda ittiham edib.
Belqorod şəhəri şiddətli döyüşlərin baş verdiyi Ukraynanın Luqansk, Sumi və Xarkov əraziləri ilə sərhəddir.
Bundan əlavə, Rusiyanın Ukrayna ilə digər sərhəd əraziləri Kursk və Voronej bölgələrində də partlayışlar eşidilib.
Bu partlayışların səbəbi barədə hələ ki məlumat yoxdur.
Nurlan Hüseynov