Xəbər lenti

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən zavodda yanğın baş verib
Dünya10:53 22.06.2022

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən zavodda yanğın baş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər Rusiyanın Ukrayna ilə həmsərhəd Rostov vilayətinin cənubunda yerləşən Novoşaxtinsk neft emalı zavodunun istilik ötürmə qurğusunda yanğın baş verib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə, yerli fövqəladə hallar xidməti məlumat yayıb.
İllik gücü 7,5 milyon tona çatan neft emalı zavodunda baş verən insident nəticəsində xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürmə briqadası alovun söndürülməsi üçün çalışır.
Qeyd edək ki, Rusiya aprelin sonunda Ukrayna ilə sərhəddən 154 km şimal-şərqdə yerləşən Bryansk şəhərində neft anbarında baş vermiş böyük yanğının səbəbini araşdırır.
Nurlan Hüseynov