Xəbər lenti

Rusiyanın Ukrayna planları mətbauta sızıb
Dünya09:43 15.08.2016

Rusiyanın Ukrayna planları mətbauta sızıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya mətbuatı bu ölkənin Ukrayna ilə bağlı gizli planlarından xəbər tutub. 

Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinə yaxın mənbə Rusiyanın Krımdakı diversiyaya qarşı güclü hərbi zərbələr endirmək niyyətində deyil.

Bununla belə, tanınmamış Donetsk Xalq Respublikasının rəhbərliyinə yaxn mənbədən alınan məlumata görə, Moskva DXR-in Ukrayna hərbçilərirnin ardıcıl atəşlərinə cavab tədbirlərinin qarşısını almağı dayandıra bilər. 

O deyib ki, 2016-cı ilin yazında da Ukrayna hərbçiləri Minsk razılaşmasında göstərilən neytral ərazini tutmağa başlayanda, Rusiya DXR-nin hərbi əməliyyatlarını qarşısının alnmasını dayandırıb.

Avqustun 12-də Rusiyanın Baş naziri Dmitri Medvedyev deyib ki, prezident Vladimir Putin Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsi qərarını verə bilər.

Qeyd edək ki, avqustun 10-da Rusiya Federal Təhlükəsizlik Xidməti 1Krımda Ukrayna hərbi kəşfiyyatının casus şəbəkəsinin ifşa edildiyini bəyan edib. 7 avqust gecəsi  ВArmyansk rayonunda diversant qrupu tutulub. Bu zaman bir sərhədçi həlak olub. 8 avqustda isə Ukrayna xüsusi təyinatlıları Krım ərazisinə keçməyə cəhd gpstəriblər. Nəticədə bir rus hərbçisi öldürülüb.

Qızılgül

Qaynarinfo.Az