Kiyev Rusiyanın hava hücumları üçün əsas hədəf olaraq qalır.
Qaynarinfo Unian-a
istinadla xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat deyib.
O xatırladıb ki, rus ordusu tammiqyaslı işğalın ilk günlərindən Kiyevi ələ keçirməyə çalışıb. Sonra işğalçılar desantları yerə endirib, paytaxtın aerodromlarını ələ keçirməyə və ümumiyyətlə şəhərin ətrafında mühasirə halqası yaratmağa çalışıblar.
İndi Rusiya kütləvi hava zərbələri kampaniyası apardığına görə, ümumi prioritetlər dəyişməz olaraq qalır.
"Ən çox paytaxta hücum edilir. Aydındır ki, paytaxt düşmən üçün 1 nömrəli hədəfdir", - İqnat bildirib.
Hərbi Hava Qüvvələrinin spikeri qeyd edib ki, ruslar raketlərin əksəriyyətini heç də hərbi məqsədlər üçün deyil, yanacaq-energetika sektoru obyektlərinə atırlar.
Alpər